Məşhur britaniyalı müğənni Kris Ri vəfat etdi

Məşhur britaniyalı müğənni Kris Ri vəfat etdi
22.12.2025 20:20 Mədəniyyət

Britaniyalı məşhur müğənni və musiqiçi Kris Ri 74 yaşında vəfat edib.

TodayPress TV xəbər verir ki, bu barədə “BBC” müğənninin ailəsinə istinadən məlumat yayıb.

"Böyük kədərlə sevimli Krisin vəfatı barədə xəbər veririk. O, bu gün səhər qısa sürən xəstəlikdən sonra, ailəsinin əhatəsində xəstəxanada ölüb", - məlumatda deyilir.

Kris Ri rok janrında mahnıların müəllifidir. O, 1980-ci illərin sonunda "The Road to Hell" (1989) albomunun çıxmasından sonra şöhrət qazanıb. Rinin "Driving Home for Christmas" (1988) kompozisiyası dünyanın ən məşhur milad mahnılarından biridir. Qeyd edək ki, bir il əvvəl musiqiçi insult keçirib.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Bütün Xəbərlər