Məşhur amerikalı aktyor Maykl Delano vəfat etdi
Amerikalı aktyor Maykl Delano 85 yaşında dünyasını dəyişib.
TodayPress TV bildirir ki, bu barədə xarici KİV məlumat yayıb.
Aktyorun ürək çatışmazlığından vəfat etdiyi açıqlanıb.
Delano 70-dən çox film və serialda çəkilib. O, daha çox "Ouşenin 11 dostu" və "Komandos" filmləri ilə məhşurlaşıb.
Aynur TAC