İlk övladları ilə fotolarını paylaşdılar
Türk seriallarının məşhur ulduzları Neslihan Atagül və Kadir Doğulu ilk övladları ilə şəkillərini paylaşıblar.
TodayPress TV xəbər verir ki, sənətçilər fotonu "Instagram" sosial şəbəkəsindəki səhifələrində yerləşdiriblər.
"Bu sevgi sözlə təsvir edilə bilməz", - deyə onlar ortaq paylaşımda qeyd ediblər.
Xatırladaq ki, türkiyəli aktyorlar 2016-cı ildə ailə qurublar.
Aysel Mətləb