Hikmət Rəhimov "Səkkiz"dən danışdı: "Bu mesajları anlamaq üçün..."

Mədəniyyət

23.01.2026 17:38

"Səkkiz" tamaşaçılara çoxsaylı mesajlar ötürür. Bu mesajları tam anlamaq üçün 12 bölümün hamısına diqqətlə baxmaq lazımdır". 

Bu sözləri serialın quruluşçu rejissoru və baş rol ifaçısı, aktyor Hikmət Rəhimov TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, insan öz həyatındakı nöqsanlara görə ilk növbədə özünü günahlandırmalı, başqalarını günahlandırmaq əvəzinə daxili dünyasına baxmalıdır:

"Təəssüf ki, sevgi görməyən insan sonradan başqasına sevgini çatdırmaqda çətinlik çəkir. Biz yaradıcı heyət olaraq bu və ya digər problemlərə bədii həll təqdim edirik".

Qeyd edək ki, serial artıq izləyicilərin diqqətini cəlb etməyə başlayıb və dərin mesajları ilə sosial şəbəkələrdə də geniş müzakirələr doğurur. 

Xatırladaq ki, yanvarın 13-də ARB kanalının efirində yayımlanan "Səkkiz" serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə edib və yayım zamanı bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmayıb. Qeyd olunanlar nəzərə alınaraq Audiovizual Şuranın üzvləri ARB kanalına qarşı sanksiya tətbiq edilməsi və kanalın yayımının yanvarın 15-də üç saat dayandırlması barədə qərar qəbul ediblər. Daha sonra serialın yayımının həm "YouTube" platformasında, həm TV-də, həm də kinoteatrlarda dayandırılması barədə qərar verilib. Yanvarın 23-dən etibarən isə serialın yayımı bərpa olunub.

Türkan İsgəndərli

TodayPress TV

tag: Hikmət Rəhimov,Aktyor,Səkkiz,Serial,Todaypress.tv,