Gülyanaq və Mənsum Özbəkistanda təltif olundular

Gülyanaq və Mənsum Özbəkistanda təltif olundular
29.01.2026 23:30 Mədəniyyət

Xalq artistləri Gülyanaq Məmmədova və Mənsum İbrahimov Özbəkistan Mədəniyyət Nazirliyi tərəfindən təltif olunublar.

TodayPress TV   bildirir ki, bu haqda "Teleqraf"a Xalq artisti Gülyanaq Məmmədova məlumat verib.

"Mənsum İbrahimovla birlikdə Özbəkistanda böyük bir tədbirə dəvət aldıq. Orada ölkənin Mədəniyyət Nazirliyinin “Mədəniyyət və incəsənət fədaisi” medalı ilə təltif olunduq. Eyni zamanda, "Yeni Özbəkistan Ulduzları”milli mədəniyyət və incəsənət mükafatının təntənəli təqdimetmə mərasimində konsertdə fəxri qonaq kimi iştirak etdik", - Xalq artisti əlavə edib.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər