Frida Kahlonun avtoportreti rekord qiymətə satıldı
Mədəniyyət
22.11.2025 19:45
Meksikalı rəssam Frida Kahlonun 1940-cı ildə çəkdiyi avtoportret Sotheby's hərracında 54,7 milyon dollara satılaraq qadın rəssam əsərləri arasında yeni rekord müəyyən edib.
TodayPress TV xəbər verir ki, rəsm həmçinin Latın Amerikalı rəssamlar üzrə də indiyədək qeydə alınan ən yüksək hərrac satışını yeniləyib.
“El sueño (La cama)” adlı əsər əvvəlki rekordçu – Corciya O’Kiffenin 2014-cü ildə 44,4 milyon dollara satılan “Cimson Weed/White Flower No. 1” tablosunu geridə qoyub.
Xüsusi kolleksiyaya məxsus olan avtoportret Meksikanın xaricinə satıla bilən azsaylı Kahlo əsərlərindən biridir. Rəsmin yeni sahibi açıqlanmayıb.

Sotheby's rəsm əsərini sürrealistlərə həsr olunmuş auksionda təqdim edib. Kahlo isə hər zaman öz yaradıcılığını reallığın ifadəsi kimi dəyərləndirərək sürrealizmə aid edilməsinə etiraz edib: “Mən heç vaxt xəyallar çəkməmişəm. Öz reallığımı çəkmişəm”.
Frida Kahlo 1954-cü ildə 47 yaşında vəfat edib. Bu gün onun əsərləri dünya auksionlarında ən çox axtarılan və dəyəri sürətlə artan sənət nümunələri arasında yer alır.
Jalə Rövşən
tag: Frida Kahlo ,Rəsm əsəri,Rekord,Avtoportret,Todaypress.tv,
