Cənubi Koreya yeni qlobal festival planlaşdırır

Mədəniyyət

17.04.2026 19:15

Cənubi Koreyanın aparıcı K-pop musiqi şirkətləri beynəlxalq miqyasda yeni böyük festival yaratmaq üçün danışıqlar aparır.

TodayPress TV xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat yayıb.

Məlumata görə, layihə ABŞ-də keçirilən məşhur Coachella ilə rəqabət apara biləcək səviyyədə nəzərdə tutulur.

“Fanomenon” adlandırılan layihə ölkənin “böyük dördlük” musiqi şirkətləri tərəfindən hazırlanır: HYBE, SM Entertainment, YG Entertainment və JYP Entertainment.

Festivalın əsas məqsədi ən məşhur K-pop ifaçılarını bir səhnədə bir araya gətirən qlobal platforma yaratmaqdır. Potensial iştirakçılar arasında BTS, BLACKPINK, Stray Kids, TWICE və digər məşhur qruplar yer alır.

Layihənin ideyasının Park Jin-young tərəfindən irəli sürüldüyü bildirilir. Planlara görə festival 2027-ci ildə Cənubi Koreyada başlayacaq, 2028-ci ildən isə mərhələli şəkildə beynəlxalq səviyyəyə yayılacaq.

Türkan İsgəndərli

TodayPress TV

tag: K-pop,Coachella,Musiqi,Festival,Todaypress.tv,