Cəlilabadda qədim saxsı qablar tapıldı

Cəlilabadda qədim saxsı qablar tapıldı
06.01.2026 10:14 Mədəniyyət

Cəlilabad rayonunda qədim saxsı qablar aşkar olunub.

TodayPress TV xəbər verir ki, rayonun Şatırlı kəndindən keçən çay kənarında sakinlər tərəfindən təsadüfən iki qədim saxsı qab tapılıb.

Tarixçi Elşad Əmənovun sözlərinə görə, tapıntıların eneolit dövrünə aid olduğu güman edilir: "Çünki həmin dövrə aid oxşar qab nümunələri mövcuddur".

Qeyd olunub ki, tapılan qablar Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər