Bu teatrın direktoru işdən çıxarıldı – YENİ TƏYİNAT

Bu teatrın direktoru işdən çıxarıldı – YENİ TƏYİNAT
14.02.2026 11:27 Mədəniyyət

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev vəzifəsindən azad olunub.

TodayPress TV xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Nazirin digər əmri ilə Əməkdar artist Oleq Əmirbəyov teatrın direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Oleq Əmirbəyov bu təyinatadək mədəniyyət nazirinin müşaviri idi.

Xatırladaq ki, Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır və onların bir oğulları var.

TodayPress TV

FOTOLAR

Bu teatrın direktoru işdən çıxarıldı – YENİ TƏYİNAT — 1
XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər