Britaniyalı yazıçı Coanna Trollop vəfat etdi
Mədəniyyət
12.12.2025 17:50
Britaniyalı romançı Coanna Trollop 82 yaşında dünyasını dəyişib.
TodayPress TV xəbər verir ki, bu barədə "BBC" ailəsinə istinadən xəbər verir.
Yazıçının qızları Luiz və Antoniya analarının son günlərini Oksfordşirdəki evlərində sakit şəkildə keçirdiyini bildiriblər. O, 11 dekabr axşamı vəfat edib, ölüm səbəbi açıqlanmayıb. Vida mərasiminin detalları sonradan elan olunacaq.
Trollop əsərlərində mərkəzi İngiltərədə romantika və intriqaları təsvir etməklə tanınıb. Onun məşhur romanları arasında “Pastor Hardinqin qızı”, “Rektorun arvadı”, “Xanımı ilə evlənmək” və “Gəlinlər” də var. Kitabları 25-dən çox dilə tərcümə olunub və bir çoxu televiziya üçün ekranlaşdırılıb.
Coanna Trollop 1943-cü ildə Qlosterşirdə anadan olub, məşhur viktorian yazıçısı Entoni Trollopun qohumudur. O, Oksford Universitetini bitirib və 1980-ci ildən etibarən yazıçılıqla məşğul olmaqdan əvvəl Britaniya Xarici İşlər Nazirliyində çalışıb.
Türkan İsgəndərli
tag: Britaniya,Yazıçı, Coanna Trollop,Ölüm,Todaypress.tv,
