Böyük Mərdəkan qəsrində çökmə oldu - FOTO

Mədəniyyət

13.04.2026 18:06

Son dövr müşahidə olunan intensiv yağışların təsiri nəticəsində Böyük Mərdəkan qəsrinin dam hissəsində və mərtəbələrarası döşəmə qatlarında çökmə halları qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən abidəyə baxış keçirilib və əraziyə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.

Dam hissəsinin və daşıyıcı konstruksiyaların vəziyyəti qiymətləndirilərək müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.

Bildirilib ki, vəziyyət aidiyyəti qurumların nəzarətindədir və zəruri tədbirlər ardıcıl şəkildə həyata keçirilir.

TodayPress TV

tag: Böyük Mərdəkan qəsri,Çökmə,Mədəniyyət,Tədbir,Todaypress.tv,

photo
photo
photo