Bakının memarlıq möcüzələri hansılardır? - SİYAHI

Bakının memarlıq möcüzələri hansılardır? - SİYAHI
03.07.2026 14:32 Mədəniyyət

"Bakı memarlıq baxımından xarici qonaqlar üçün olduqca zəngin imkanlara malik şəhərdir".

TodayPress TV xəbər verir ki, bunu memar Elçin Əliyev deyib.


Onun sözlərinə görə, xüsusilə qonaq memardırsa, paytaxtda nümayiş etdiriləcək məkanların siyahısı kifayət qədər genişdir:

"Bakının memarlıq simasını əks etdirən ilk ünvanlardan biri Heydər Əliyev Mərkəzidir. Heydər Əliyev Mərkəzi dünya səviyyəli memarlığın necə göründüyünü bir daha xatırladır.

Bakı Müasir İncəsənət Muzeyi də şəhərin müasir mədəniyyət və memarlıq mühitini tanıtmaq baxımından maraqlı məkanlardan biridir. Burada Dali, Pikasso və digər məşhur rəssamların əsərləri bizim gözəl rəssamlarımızın işləri arasında özlərini tamamilə bakılı kimi hiss edirlər".



O, Nardarandakı "Sea Breeze Resort"u da müasir şəhərsalmanın diqqətçəkən nümunələrindən biri kimi dəyərləndirib:


"Bu, sanki güclü maqnit kimi dünyanın yarısının sakinlərinin pul kisələrini özünə çəkən heyrətamiz şəhərsalma fenomenidir. Memar Nəriman İmamalıyevin yaradıcılıq emalatxanası da xarici həmkarların böyük maraq göstərdiyi məkanlardandır. Xarici həmkarların oranı tərk etməkdən qəti şəkildə imtina etdiyi nadir məkanlardan biridir".

Memar “Baku White City” layihəsini müasir Bakının ən iddialı layihələrindən biri kimi xarakterizə edib. O bildirib ki, bu, müasir Bakının ən miqyaslı və iddialı layihələrindən biridir. Həqiqətən fəxr etməyə dəyər. 


"“Flame Towers” kompleksi və Bakı buxtasında dəniz gəzintisi də şəhərin memarlıq gözəlliyini fərqli rakursdan görmək üçün ideal seçimlər sırasındadır". 


Elçin Əliyev qeyd edib ki, Bakıda bir neçə gün qonaq olan İsrailin rəsmi nümayəndə heyətində təmsil olunan tanınmış memarlar paytaxtın memarlıq irsi və müasir layihələri ilə yaxından tanış olublar.

“Vaxt yenə də hər şeyə çatmadı. Bu görməli yerlərin siyahısını hələ çox uzatmaq olar. Bakı doğrudan da təəssürat yaratmağı bacarır. Xüsusilə də ona memar gözü ilə baxanlarda", - deyə o, fikrini tamamlayıb.


Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUL 2026
Bütün Xəbərlər