Bakıda “Buça” filminin nümayişi keçirildi

Mədəniyyət

04.03.2026 18:45

Bakıda Ukraynanın “Buça” filminin nümayişi keçirilib.

TodayPress TV xəbər verir ki, tədbir Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev və Polşanın Azərbaycandakı səfiri Pavel Radomskinin təşəbbüsü ilə təşkil olunub.

Filmin nümayişi Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin (24 fevral 2022) dördüncü ildönümü və 2022-ci ilin martında Buça şəhərində Ukrayna mülki vətəndaşlarının qətliamının dördüncü ildönümünə həsr olunub. 

Rejissorluğunu Stanislav Tiunovun etdiyi “Buça” (2024) bədii filmi Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin ilk həftələrində baş verən real hadisələr əsasında hazırlanıb. Film rus qüvvələrinin nəzarətində qalan ərazilərdə yaşayan ukraynalı mülki şəxslərin faciəli taleyindən bəhs edir.

Ekran əsəri müharibənin yaratdığı dəhşətlər fonunda insanların həyatını xilas etmək üçün göstərilən cəsarət, insanlıq və qəhrəmanlıq hekayələrini əks etdirir. Filmdə baş rolu polyak aktyor Sezari Lukaşeviç canlandırıb.

Tədbirin xüsusi qonağı filmin musiqisinin müəllifi olan azərbaycanlı bəstəkar İsa Məlikov olub.

Qiymət Mahir

tag: Bakı,Ukrayna,Buça,Film,Todaypress.tv,