Bakı-Qroznı təyyarə qəzasına həsr olunmuş AI filmi təqdim edildi
Mədəniyyət
25.12.2025 14:10
Bakı-Qroznı reysində baş vermiş təyyarə qəzasının birinci ildönümünə həsr olunmuş süni intellektlə hazırlanmış qısa film təqdim edilib.
TodayPress TV xəbər verir ki, “SOY” Productiona məxsus ekran işi Sarvan Hüseyn tərəfindən yaradılıb.
Qeyd olunur ki, filmin AI rejissorluğunu Babək Sübhani, assistentliyini Nəzrin Mərdanlı edib. Film qəza anını əks etdirir və Milli qəhrəmanlar İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyeva ilə sağ qalan ekipaj üzvləri Aydan Rəhimli və Zülfiqar Əsədovun görüntülərini təqdim edir. Layihənin rəhbəri Əməkdar artist Dilarə Əliyeva, ssenari müəllifi Fariz Əliyevdir, səsləndirmə aktyoru isə Vüsal Murtuzəlidir.
S. Hüseyn bildirib ki, videoda 40 mindən çox şəkil və 10 minə yaxın video süni intellekt vasitəsilə yaradılıb.
O əlavə edib ki, film onun həyatında böyük önəm daşıyır və hisslərini tamaşaçılara çatdırmağı hədəfləyir.
tag: Bakı-Qroznı reysi,Süni intellektlə hazırlanmış qısa film,Sarvan Hüseyn ,Azal,Todaypress.tv,
