“Arşın mal alan” tamaşası nümayiş olundu

“Arşın mal alan” tamaşası nümayiş olundu
08.10.2025 18:10 Mədəniyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin 140 illiyi və 1 Oktyabr - Beynəlxalq Ahıllar Gününə həsr olunmuş “Arşın mal alan” tamaşası nümayiş etdirilib. 

TodayPress TV xəbər verir ki, tədbirin məqsədi dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığının təbliği, ahıllara və uşaqlara sosial-psixoloji dəstək, onların cəmiyyətə inteqrasiyasına, eyni zamanda sosial reabilitasiyasına şərait yaratmaqdır. 

Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev bildirib ki, bütün sosial xidmət müəssisələrində, həmçinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində və uşaq evlərində müasir tələblərə uyğun şərait yaradılıb. Bu müəssisələrdə sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər, o cümlədən onların mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintiləri və s. də təşkil olunur. Hazırda Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 200-dən, uşaq evi sosial xidmət müəssisələrində isə 450-dən çox sakin yaşayır. 

F.Ağayev qeyd edib ki, Üzeyir Hacıbəylinin yaratdığı “Arşın mal alan” kimi əsərlər xalqımızın mənəvi dünyasında bu gün də yaşayır. Bu tamaşanın bu gün təqdim olunması həm dahi bəstəkara ehtiram, həm də ahıllar və uşaqlar arasında mədəni körpü yaratmaq məqsədi daşıyır. 

Qeyd olunub ki, Agentlik həssas əhali qruplarından olan şəxsləri sosial xidmətlərlə təmin etməklə yanaşı, onların sosial reabilitasiyası məqsədilə mədəni tədbirlərə cəlb edilməsinə də böyük əhəmiyyət verir. Agentliyin müəssisələrində yaşayanlardan ibarət rəqs, musiqi və digər dərnəklər vasitəsilə də benefisiarların cəmiyyətə inteqrasiyasına dəstək göstərilir. 

Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxışında bildirib ki, bu kimi təşəbbüslər cəmiyyətin sosial həmrəyliyini möhkəmləndirir və insanlarda mənəvi dəyərlərə, milli irsə bağlılıq hissini gücləndirir. Millət vəkili qeyd edib ki, ahılların və uşaqların belə tədbirlərdə iştirakı onların sosiallaşması, özünüifadə bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva çıxış edərək tədbirin əhəmiyyətinə diqqət çəkib. Qeyd edib ki, təmsil etdiyi qurum hər zaman bu kimi sosial layihələrin həyata keçirilməsində dəstək göstərib və mütəmadi olaraq Qoruq ərazisində belə tədbirlər təşkil edilir. 

Sonra Agentliyin ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin və uşaq evi sakinlərinin iştirakı ilə hazırlanan “Arşın mal alan” tamaşası təqdim olunub və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

TodayPress TV

FOTOLAR

“Arşın mal alan” tamaşası nümayiş olundu — 1
“Arşın mal alan” tamaşası nümayiş olundu — 2
“Arşın mal alan” tamaşası nümayiş olundu — 3
“Arşın mal alan” tamaşası nümayiş olundu — 4
“Arşın mal alan” tamaşası nümayiş olundu — 5
“Arşın mal alan” tamaşası nümayiş olundu — 6
“Arşın mal alan” tamaşası nümayiş olundu — 7
“Arşın mal alan” tamaşası nümayiş olundu — 8
“Arşın mal alan” tamaşası nümayiş olundu — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər