Putinin qapısına dayandılar: Ukraynanı NATO-ya satmayacağıq!
Avropa liderləri yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar apararaq Ukraynada müharibənin dayandırılması üçün iki mümkün variant təklif edə bilərlər.
TodayPress TV xəbər verir ki, “Financial Times” qəzetinin köşə yazarı Gideon Rahmanın fikrincə, birinci variant hazırkı cəbhə xəttinin dondurulmasını və bunun müqabilində Ukraynanın heç vaxt NATO-ya üzv olmayacağına dair zəmanət verilməsini nəzərdə tutur.
İkinci variant isə Ukraynanın Donbasın qalan hissəsindən imtina etməsi, əvəzində NATO-ya üzv olmasıdır.
Rahman yazır ki, Avropa paytaxtlarında Ukrayna ilə bağlı danışıqların yalnız Vaşinqtonun ixtiyarına buraxılmasına qarşı narazılıq artır. Buna səbəb ABŞ Prezidenti Donald Trampın müharibənin həlli ilə bağlı yanaşmasından yaranan narazılıqdır.
Bununla belə, müəllif qeyd edir ki, Avropa liderləri Vladimir Putinin təklif olunan variantlardan hər hansı birini qəbul edəcəyinə o qədər də inanmırlar.
Jalə Rövşən