Anar Ələkbərov 90 yaşı tamam olan jurnalisti ziyarət etdi
Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Əməkdar jurnalist Nadejda İsmayılovanı doğum günü münasibətilə təbrik edib.
TodayPress TV xəbər verir ki, A.Ələkbərov bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
"Bu gün Azərbaycanın Əməkdar jurnalisti Nadejda İsmayılovanın 90 yaşı tamam olur. Yubileyiniz münasibətilə səmimi təbriklərimizi qəbul edin. Sizə möhkəm cansağlığı, ruh yüksəkliyi, uzun ömür və xoşbəxtlik arzulayırıq!", - deyə Prezidentin köməkçisi yazıb.
Azərbaycan Prezidentinin köməkçisi
Heydər Əliyev Fondu
Nadejda İsmayılova
Anar Ələkbərov
todaypress.tv