Adil Kərimli BMT-nin UNAOC Qlobal Forumunda iştirak edir

Mədəniyyət

13.12.2025 17:28

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC) tərəfindən təşkil olunan 11-ci Qlobal Forumda iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda səfərdədir.

Bu barədə TodayPress TV-yə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dekabrın 14-15-də keçirilən Forum mədəniyyətlər və sivilizasiyalararası dialoqun təşviqi, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və davamlı sülhün dəstəklənməsi məsələlərinə həsr olunub. Tədbirdə müxtəlif ölkələrdən dövlət və hökumət qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Forum çərçivəsində mədəni diplomatiya və multikulturalizm mövzuları üzrə müzakirələr aparılır.

Nazir Adil Kərimlinin bir sıra ikitərəfli görüşlər keçirməsi və Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində həyata keçirdiyi təşəbbüslər barədə qarşı tərəfləri məlumatlandırması nəzərdə tutulur.

TodayPress TV

tag: Mədəniyyət Nazirliyi,Adil Kərimli,UNAOC,Tədbir,Todaypress.tv,