Azərbaycanlı gənc rəssam-restavrator Avropa Şərəf Ordeni ilə mükafatlandırıldı: İdris Qasımovun diqqətçəkən karyerası - FOTOLAR
Azərbaycanlı gənc rəssam-restavrator İdris Qasımov yaradıcılıq və mədəni irsin qorunması sahəsindəki fəaliyyətinə görə European Academy of Natural Sciences (EANW) tərəfindən Avropa Şərəf Ordeni ilə mükafatlandırılıb.
TodayPress TV xəbər verir ki, İdris Qasımov 21 noyabr 2000-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2018-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olmuş və 2022-ci ildə bakalavr təhsilini uğurla başa vurmuşdur. Həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistratura təhsilinə başlamış və 2024-cü ildə magistr dərəcəsi ilə məzun olmuşdur.
Hazırda İstanbul şəhərində yerləşən Fatih Sultan Mehmet Vakıf University universitetində Təhsil İdarəçiliyi ixtisası üzrə doktorantura təhsili alır. Bundan əlavə, Almaniyanın Hannover şəhərində yerləşən European Academy of Natural Sciences akademiyasından doktor (Dr.) elmi dərəcəsinə layiq görülmüşdür. 2024-cü ildən etibarən İdris Qasımov Azərbaycan Milli İncəsənət Muzeyində bərpaçı-rəssam kimi fəaliyyət göstərir və burada tarixi və bədii əhəmiyyətə malik 100-dən çox əsərin bərpasını uğurla həyata keçirmişdir. Bərpa fəaliyyəti ilə paralel olaraq, Azərbaycan Dövlət Mədəniyyet və İncəsənət Üniversitetində 2025-2026 bərpa texnologiyaları, mədəni irsin qorunması və müasir pedaqoji yanaşmalar üzrə dərs demişdir.
O, UNESCO-nun iştirakı ilə təşkil olunan çoxsaylı beynəlxalq sərgi və layihələrdə iştirak etmiş, İtaliya, Türkiyə və digər ölkələrdə keçirilən elmi konfranslarda təqdim etdiyi məruzələrlə böyük maraq doğurmuşdur. İdris Qasımov Azərbaycan Rəssamlar İttifaqının üzvü, European Academy of Natural Sciences akademiyasının üzvü, Europa Nostra təşkilatının fəal üzvü və British Association of Painting Conservator-Restorers assosiasiyasının üzvüdür.