2026-cı ilin "Oskar" mükafatçıları açıqlandı
Mədəniyyət
16.03.2026 10:28
ABŞ-nin Los-Anceles şəhərində, “Dolby” teatrının səhnəsində 98-ci “Oskar” mükafatlandırma mərasimi keçirilib.
TodayPress TV xarici KİV-ə istinadən rejissor Pol Tomas Andersonun “One Battle After Another” filmi 2026-cı ildə “Ən yaxşı film” nominasiyasında nüfuzlu "Oskar" mükafatına layiq görülüb.
Film ümumilikdə altı kateqoriyada qalib olub.
Həmçinin Pol Tomas Anderson “Ən yaxşı uyğunlaşdırılmış ssenari” və “Ən yaxşı rejissor” nominasiyalarında qalib gəlib. Film həmçinin “Ən yaxşı montaj” nominasiyasında da qalib gəlib.
Amerikalı aktyor Şon Penn “Ən yaxşı ikinci plan kişi aktyoru”, aktrisa Kassandra Kulukundis isə “Ən yaxşı aktyor heyəti” nominasiyasında mükafata layiq görülüb.
“Sinners” filmi isə qazandığı dörd heykəlciklə mükafatların sayına görə ikinci yerdə qərarlaşıb.
Jalə Rövşən
tag: Oskar ,Mükafat ,Pol Tomas Anderson, “Döyüşdən-döyüşə” filmi ,Todaypress.tv,
