Yay aylarında saç baxımında ən böyük səhv - Mütəxəssis izah edir

Yay aylarında saç baxımında ən böyük səhv - Mütəxəssis izah edir
02.07.2026 02:00 Maraqlı

Yay aylarında baş dərisi daha tez yağlandığı üçün saçların yuyulma tezliyi də dəyişə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə rusiyalı dermatoloq Stefano Maria Serini "El Economista" nəşrinə müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, yayda saçların yuyulma tezliyi onların növündən və baş dərisinin xüsusiyyətlərindən asılıdır. Belə ki, yağlı baş dərisi olan və ya aktiv həyat tərzi sürən şəxslərə saçlarını həftədə beş-altı dəfə yumaq tövsiyə olunur.

Stefano Maria Serini əlavə edib ki, quru və ya normal baş dərisi olan insanlar isə saçlarını hər iki-üç gündən bir yumalıdırlar.

Mütəxəssis vurğulayıb ki, hər hansı səbəbdən saçlarını daha tez-tez yumağa ehtiyac duyan şəxslər saçın təbii yağ balansını pozmayan, yumşaq tərkibli və qidalandırıcı şampunlardan istifadə etməlidirlər.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUL 2026
Bütün Xəbərlər