“Şahid”lərə yeni rəqib peyda oldu: Ukraynanın “Nika”sı!
Ukrayna reaktiv mühərrikli “Şahid” dronlarını vurmaq üçün “Nika” adlı yeni kiçik raket hazırlayıb.
TodayPress TV xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, yeni raketlə bağlı həm Ukrayna, həm də Almaniya tərəfi müsbət mövqedədir. Hazırda raketin sınaqlarının keçirilməsi planlaşdırılır.
Bundan əlavə, Zelenski Ukrayna və Almaniyanın birgə hazırladığı “Spis” adlı yeni tutucu raketin sınaqlarından da müsbət nəticələr əldə edildiyini açıqlayıb.
Kübra Musayeva