Tətildə "rəqəmsal detoks": Psixoloqdan vacib xəbərdarlıq

Tətildə "rəqəmsal detoks": Psixoloqdan vacib xəbərdarlıq
27.06.2026 04:00 Maraqlı

"Tətil müddətində rəqəmsal gigiyena qaydalarına əməl etmək peşəkar və emosional tükənmə təhlükəsini minimuma endirməyə kömək edir".

TodayPress TV xəbər verir ki, bu barədə rusiyalı psixoloq Pavel Javnerov NSN-ə müsahibəsində bildirib.

Mütəxəssis qeyd edib ki, əgər istirahət edən şəxs hər bir iş mesajından narahatlıq keçirirsə, ən yaxşı həll yolu bütün bildirişləri söndürməkdir. Əks halda, insanda yüksək təşviş və müxtəlif nevrotik pozuntuların yaranması istisna edilmir.

"Əgər tətildə olarkən vəzifəni itirmək qorxusu kimi mənfi motivasiya səbəbindən iş zənglərinə cavab verirsinizsə, bu, sonda tükənməyə gətirib çıxarır. Hətta hələ oxumadığınız adi bir bildiriş belə insanın həyəcanını artıra bilər. Məhz bu səbəbdən mütəxəssislər müəyyən rəqəmsal gigiyenanın vacibliyini vurğulayırlar: telefonu elə tənzimləyin ki, heç bir bildiriş gəlməsin və yalnız bu müddət ərzində tam dincəlin", - deyə psixoloq tövsiyə edib.

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUN 2026
Bütün Xəbərlər