Təmiz gölləri ilə seçilən 10 Avropa ölkəsi - SİYAHI

Təmiz gölləri ilə seçilən 10 Avropa ölkəsi - SİYAHI
05.07.2026 06:42 Maraqlı

Avropalı ekspertlər yay mövsümündə çimmək üçün ən təmiz göllərə malik ölkələrin reytinqini hazırlayıblar.

TodayPress TV xəbər verir ki, araşdırmaya əsasən, siyahıya Avstriya başçılıq edir. Bu ölkədə çimmək üçün nəzərdə tutulan daxili su hövzələrinin 96,5 faizi “əla” keyfiyyətli hesab olunub. Sonrakı yerlərdə Finlandiya (94,7%), Almaniya (91,5%), İtaliya (87,7%), İsveçrə (84,4%) və İsveç (82,1%) qərarlaşıb.

Reytinqdə həmçinin Fransa (71%), Niderland (70,4%), Macarıstan (64%) və Polşa (56,7%) da yer alıb.

Kübra Musayeva


XƏBƏR LENTİ
05 IYUL 2026
Bütün Xəbərlər