Zelenskinin sözlərindən sonra Moskva hərəkətə keçdi

Zelenskinin sözlərindən sonra Moskva hərəkətə keçdi
04.10.2026 23:16 Dünya

Rusiya Müdafiə Nazirliyi Ukraynaya, o cümlədən Kiyev və digər bölgələrdəki hərbi və hərbi-sənaye obyektlərinə zərbələrin gücləndiriləcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qərar Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın neft emalı zavodlarına hücumların artırılacağı barədə bəyanatından sonra qəbul edilib.

Rusiya hərbi idarəsi bildirib ki, Kiyev və Ukraynanın digər bölgələrində hərbi, hərbi-sənaye obyektləri və onlarla əlaqəli infrastruktura zərbələr intensivləşdiriləcək.

Nazirlik mümkün zərbələrin nəticələrinə görə məsuliyyətin Ukrayna rəhbərliyinin üzərinə düşəcəyini də iddia edib.

Rusiya Müdafiə Nazirliyi Kiyev və Ukraynanın digər bölgələrinə endirilən kütləvi zərbələrin Ukrayna tərəfinin fəaliyyətinə cavab olaraq həyata keçirildiyini bildirib.

Bundan əlavə, Rusiya tərəfi Ukrayna hakimiyyətinin daha əvvəl Rusiyada mülki obyektlərə hücum etməyə cəhd göstərdiyini iddia edib.

Nazirliyin açıqlamasında seçki komissiyalarına zərbələr, sentyabrın 19-dan 20-dək Moskvanın mülki obyektlərinə 1 600-dən çox PUA ilə kütləvi hücum cəhdi, həmçinin iyun ayında Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumun işini pozmağa yönəldiyi iddia edilən hücumlar da qeyd olunub.

Kübra Musayeva

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər