Zelenski: “Bu məsələni Trampdan başqası həll edə bilməz”
Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Starlink peyk interneti xidmətindən Ukraynada istifadənin genişləndirilməsi ilə bağlı İlon Maskla yalnız ABŞ Prezidenti Donald Tramp razılığa gələ bilər.
TodayPress TV bu barədə xarici mediaya istinadla xəbər verir.
O bildirib ki, Kiyevlə Vaşinqton arasında əməkdaşlıq getdikcə güclənsə də, bəzi məsələlərin həlli birbaşa Ağ Ev rəhbərindən asılıdır.
“Fikrimcə, hazırda elə bir vəziyyətdir ki, bu məsələni yalnız Prezident Tramp həll edə bilər”, – deyə Zelenski vurğulayıb.
Kübra Musayeva