Rusiyanın səmaları qarışdı: 280 PUA məhv edildi
Rusiya Müdafiə Nazirliyi 12 saat ərzində 280 Ukrayna pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri bazar günü saat 08:00-dan 20:00-dək təyyarə tipli 280 Ukrayna PUA-sını ələ keçirərək məhv edib.
Nazirlik bildirib ki, pilotsuz uçuş aparatları Kursk, Belqorod, Smolensk, Bryansk, Kaluqa, Tula, Oryol və Rostov vilayətləri, eləcə də Moskva regionu, Krasnodar diyarı və Krım üzərində zərərsizləşdirilib.
Bundan başqa, Rusiya tərəfi Qara və Azov dənizlərinin akvatoriyasında da Ukrayna PUA-larının ələ keçirildiyini açıqlayıb.
Qeyd edək ki, məlumat Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır.
Kübra Musayeva