Kiyevlə bağlı qorxulu XƏBƏRDARLIQ: Rusiya şəhəri boşaltmağa məcbur etmək istəyir
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyevin sol və sağ sahilləri arasındakı əlaqəni kəsməyi, şəhərdə xaos yaratmağı və insanları paytaxtı tərk etməyə məcbur etməyi hədəflədiyini bildirib.
TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, Rusiyanın ehtiyatında təxminən 700 ballistik raket və bir neçə min digər raket var. Ölkə hazırda ayda təxminən 130–140 ballistik raket istehsal edir.
Zelenski qeyd edib ki, Rusiya kütləvi hücumların taktikasını dəyişməyi planlaşdırır. Belə ki, Moskva zərbələrin sayını artırmaq əvəzinə, reaktiv mühərrikli “Geran” pilotsuz uçuş aparatlarından daha geniş istifadə etməklə hücumların texnoloji imkanlarını gücləndirməyə çalışır.
Ukrayna liderinin sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri reaktiv mühərrikli “Geran” dronlarının təxminən 50–60 faizini məhv edir. Bununla belə, hava hücumlarından müdafiə sahəsində vəziyyət mürəkkəb olaraq qalır.
Zelenski bildirib ki, dronlara qarşı mübarizədə ələ keçirici PUA-lardan da istifadə olunur. Onun sözlərinə görə, “Bars” modelləri hazırda ən yaxşı nəticələri göstərir və hədəfləri ələ keçirmə göstəricisi təxminən 30 faizdir.
Prezident əlavə edib ki, Ukrayna mülki infrastruktura ciddi ziyan dəyməsi ehtimalına qarşı təcili tədbirlər planı hazırlayır. Reaktiv mühərrikli Rusiya PUA-larına qarşı mübarizə məqsədilə Kiyevdə 12-dən çox xüsusi qurğu quraşdırılıb. Yaxın vaxtlarda paytaxt ətrafında daha səkkiz belə sistemin yerləşdirilməsi nəzərdə tutulur.
Kübra Musayeva