NATO-dan Zelenskiyə xəbərdarlıq: Bu addımı atsa, silahsız qala bilər
NATO Ukraynaya ABŞ ilə münasibətlərdə gərginliyi azaltmağı tövsiyə edib.
TodayPress TV xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, alyans rəhbərliyi ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında qarşıdurmanın daha da kəskinləşməsinin silah tədarükünə təsir göstərə biləcəyindən narahatdır.
TodayPress TV xəbər verir ki, NATO-nu xüsusilə PURL proqramı çərçivəsində ABŞ silahlarının Ukraynaya çatdırılmasının dayandırılması ehtimalı narahat edir. Həmin proqram çərçivəsində silahların maliyyəsini əsasən Avropa ölkələri qarşılayır.
Alyans rəhbərliyi hesab edir ki, Vaşinqtonla Kiyev arasında münasibətlərin daha da pisləşməsi Ukraynanın hərbi dəstək almasına mane ola bilər.
Kübra Musayeva