Pərdəarxası: Süni intellekt dünyasını kim idarə edəcək?

Pərdəarxası: Süni intellekt dünyasını kim idarə edəcək?
21.10.2026 01:38 Dünya

ABŞ-də aparıcı süni intellekt şirkətləri öz texnologiyalarına nəzarət etmək və əldə etdikləri sərvətin bir hissəsini cəmiyyətlə bölüşmək üçün müxtəlif mexanizmlər hazırlayırlar.

TodayPress TV-nin Axios-a istinadən verdiyi məlumata görə, Anthropic, OpenAI, Google, xAI, Meta və Nvidia süni intellekt sahəsində özünütənzimləmə modelləri üzərində işləyirlər. Prezident Donald Tramp bu yanaşmanı dəstəkləsə də, federal hökumət nəzarət imkanlarını tam itirməyib.

Süni intellektdən əldə ediləcək gəlirlərin bölüşdürülməsi ilə bağlı üç əsas yanaşma diqqət çəkir.

Anthropic səhmlərinin beş faizini ictimai rifah fonduna ayırmağı vəd edib. Şirkətin dəyəri iki trilyon dollara çatsa, bu pay 100 milyard dollar təşkil edə bilər.

İlon Mask gələn il hər bir amerikalı uşağa SpaceX səhmi verməyi vəd edib. Mövcud qiymətlərlə bu təşəbbüsün dəyəri 10,5 milyard dollara çata bilər.

OpenAI-nin rəhbəri Sem Altman isə ABŞ hökumətinə şirkətdə beş faizlik pay verilməsi və gəlirlərin əhaliyə paylanması imkanını nəzərdən keçirir. Lakin bu plan hələ ilkin mərhələdədir.

Bununla belə, vədlərin reallaşması, gələcək gəlirlərin miqyası və ictimai rifahın kim tərəfindən müəyyənləşdiriləcəyi ilə bağlı suallar qalır.

Digər tərəfdən, Anthropic-in süni intellekt sisteminin polisə yanlış məlumat ötürməsi ilə bağlı açıqlamadan sonra Ağ Ev şirkətlərin təhlükəsizlik insidentləri barədə məlumat verməli və zərəri aradan qaldırmalı olduğunu bildirib.

Bu vəziyyət süni intellekt sahəsində özünütənzimləmə ilə dövlət nəzarəti arasında tarazlığın hələ də müəyyənləşmədiyini göstərir.

Gültac Mehdizadə

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər