Polşada zibilxanada tapılan brilyantların hərracı ləğv olundu
Maraqlı
24.03.2026 18:30
Polşanın Vodzislav-Şlenski şəhərində zibilxanada tapılan zinət əşyalarının satışı dayandırılıb.
TodayPress TV xəbər verir ki, bu barədə "TVP World" məlumat yayıb.
Məlumata görə, qiymətli əşyalar 2023-cü ildə aşkarlanıb. Ən dəyərli tapıntı 3 karatlıq brilyant qaşlı qızıl üzük olub və o, təxminən 95 min zlotı (təxminən 2 milyon rubl) dəyərində qiymətləndirilib.
Digər brilyantların ümumi dəyəri isə 9 min zlotı (təxminən 200 min rubl) təşkil edib.
Qanuna əsasən, tapıntı ilə bağlı iddia qaldırmaq üçün verilən 3 illik müddət martın ortalarında başa çatıb.
Martın 27-nə planlaşdırılan hərrac isə şəhər muzeyinin bu əşyaları tarixi və mədəni irs kimi kolleksiyasına daxil etmək istəyi səbəbindən ləğv edilib.
Qiymət Mahir
tag: Polşa,Zibilxana,Əşya,Tapıntı,TodayPress TV,
