NASA: Müşahidə altında 5600-dən çox ekzoplanet var

Maraqlı

24.03.2026 19:45

NASA alimləri hazırda agentliyin müşahidəsində 5602 təsdiqlənmiş ekzoplanetin olduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, 2025-ci ildə ekzoplanetlərin kəşfinin 30 illiyi tamam olub. Günəşə bənzər ulduzun orbitində aşkar edilən ilk planet — 51 Pegasi b — 1995-ci ilin oktyabrında müəyyən edilib.

Bildirilir ki, son 30 ildə alimlər təxminən 6000 planetin mövcudluğunu təsdiqləyib, baxmayaraq ki, qalaktikada milyardlarla belə planetin olduğu ehtimal edilir.

NASA-nın məlumatına görə, aşkarlanan planetlərin əksəriyyəti Süd Yolunun Yerə yaxın hissəsində, yəni bir neçə min işıq ili məsafədə yerləşir.

Müqayisə üçün qeyd edilir ki, Yerə ən yaxın ekzoplanet — Proksima Kentavra b — təxminən 4 işıq ili uzaqlıqdadır.

Müşahidələr göstərir ki, Süd Yolunda ulduzlardan daha çox planet mövcuddur. Müasir texnologiyalar sayəsində alimlər artıq ekzoplanetlərin kütləsini və ölçüsünü müəyyən edə bilir və onların tərkibi barədə ehtimallar irəli sürürlər.

Qiymət Mahir

tag: Süd Yolu,NASA ,Kosmos,Alim,TodayPress TV,