Həkim yuxusuzluğa səbəb olan vərdişdən danışdı

Həkim yuxusuzluğa səbəb olan vərdişdən danışdı
26.06.2026 06:00 Maraqlı

İsti havada yuxudan əvvəl soyuq duş qəbul etmək vərdişi yuxusuzluğa səbəb ola bilər.

TodayPress TV xəbər verir ki, bunu həkim Xose Manuel Felises bildirib.

"Soyuq duş ani rahatlıq bəxş edir, lakin ondan sonra yatağa uzananda bədən özünü sanki qızmış sobada hiss edir", - deyə həkim qeyd edib. O izah edib ki, baş beyin temperaturun kəskin dəyişməsini "donma" kimi qəbul edir və orqanizmin istiliyi saxlama mexanizmini işə salır.

Həkimin sözlərinə görə, əsas fəsad 10 dəqiqədən sonra özünü göstərir:

"Orqanizm yenidən qızınır və tarazlığı bərpa etmək üçün məsamələri genişləndirir. Nəticədə əks reaksiya yaranır: insan kəskin şəkildə tərləyir və yataq dəstləri nəm olur".

TodayPress TV

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər