Günəşdə partlayışlar baş verəcək

Günəşdə partlayışlar baş verəcək
12.08.2026 16:13 Maraqlı

Avqustun 12 və 13-də Günəş aktivliyində hərəkətlər və partlayış olacağı gözlənilir.

TodayPress TV xəbər verir ki, Tətbiqi Geofizika İnstitutunun məlumatına görə, 12 avqustda geomaqnit sahəsində zəif pozuntular müşahidə oluna bilər.

13 avqustda isə vəziyyətin əsasən sakit keçəcəyi, lakin müəyyən qeyri-sabitlik dövrlərinin mümkün olduğu bildirilir. Bununla belə, M sinifli güclü Günəş partlayışlarının baş verməsi istisna edilmir.

Radiasiya vəziyyətinin sabit qalacağı proqnozlaşdırılır. Həmçinin, günün bəzi saatlarında qısadalğalı radio rabitəsinin keyfiyyətinin pisləşə biləcəyi qeyd olunub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər