Bir düymə ilə işıq puluna qənaət edin
Paltaryuyan maşınlardakı “Eco” rejimi su və elektrik enerjisinə qənaət etməklə yanaşı, gündəlik geyimlərin effektiv yuyulmasını təmin edir.
TodayPress TV xəbər verir ki, bu rejimdə su daha aşağı temperaturda tədricən qızdırılır, yuma prosesi isə daha uzun çəkir. Nəticədə yuyucu vasitə parça liflərinə daha uzun müddət təsir edir, enerji sərfiyyatı azalır və paltarlar keyfiyyətli şəkildə təmizlənir.
Ekspertlər bildirirlər ki, “Eco” rejimi güclü çirklənmə olmayan gündəlik geyimlər üçün uyğundur. Lakin çox çirkli paltarların və dezinfeksiya tələb edən tekstil məmulatlarının yuyulması zamanı yüksək temperaturlu proqramlardan istifadə etmək tövsiyə olunur.
Kübra Musayeva