İran kabelləri doğramağa başlayır - Ərəb ölkələri qlobal dünyadan qopacaq
SEPAH sözçüsü Hüseyn Məhbubi Hörmüz boğazı və Fars körfəzinin altından keçən yeddi böyük sualtı internet kabelinə diqqət çəkərək yeni hədəflər və silahlar barədə xəbərdarlıq edib.
TodayPress TV xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Məhbubi oktyabrın 19-da Tehranda keçirilən tədbirdə çıxışı zamanı Fars körfəzi və Hörmüz boğazının altından yeddi böyük internet kabelinin keçdiyini bildirib. O, “Yeni hədəflər açıqlanacaq. Yeni silahlar nümayiş etdiriləcək”, - deyə bildirib.
Açıqlama İranın ABŞ ilə müharibənin yenidən başlaması ehtimalı fonunda regiondakı kritik rəqəmsal infrastrukturu da mümkün hədəflər sırasında nəzərdən keçirdiyinə dair narahatlıqları artırıb.
Bundan əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi də ABŞ ilə yeni müharibə başlayacağı təqdirdə sualtı internet kabellərinin, məlumat mərkəzlərinin və süni intellekt infrastrukturlarının hədəfə alına biləcəyini bildirmişdi.
Qeyd edək ki, Hörmüz boğazının altından keçən sualtı fiber-optik kabellər Körfəz ölkələrini beynəlxalq internet şəbəkələrinə birləşdirir, məlumat mübadiləsi, telekommunikasiya, bank əməliyyatları və bulud xidmətlərinin fəaliyyətində mühüm rol oynayır.
Jalə Rövşən