24 dəqiqə musiqi dinləmək narahatlığı azaldır
Maraqlı
17.03.2026 19:15
Alimlər müəyyən ediblər ki, xüsusi seçilmiş musiqini 24 dəqiqə dinləmək narahatlıq səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilər.
TodayPress TV xəbər verir ki, bu nəticə "Toronto Metropolitan University" psixoloqlarının apardığı klinik sınaqdan sonra əldə olunub.
Tədqiqat zamanı musiqi dinləmək eşitmə ritmik stimulyasiyası ilə müşayiət olunub. Bu üsul səs ritmləri vasitəsilə beyin fəaliyyətinə təsir göstərir.
Mütəxəssislər bildirirlər ki, narahatlıq pozğunluqları geniş yayılıb və adətən dərmanlar və ya psixoterapiya ilə müalicə olunur. Lakin bu üsullar hər kəs üçün əlçatan olmur və əlavə alternativlərə ehtiyac var.
Tədqiqatda orta dərəcədə narahatlıq yaşayan 144 nəfər iştirak edib. Onlar müxtəlif qruplara bölünüb və fərqli müddətlərdə – 12, 24 və 36 dəqiqə xüsusi musiqi dinləyiblər. Nəticələr göstərib ki, bu musiqi həm zehni, həm də fiziki narahatlıq əlamətlərini azaldır və emosional vəziyyəti yaxşılaşdırır.
Ən effektiv nəticə məhz 24 dəqiqəlik dinləmə zamanı müşahidə olunub. Alimlərin fikrincə, bu müddət həm kifayət qədər təsirli, həm də praktik baxımdan əlverişlidir.
Tədqiqat müəllifləri hesab edir ki, bu cür musiqi proqramları stress və narahatlığı azaltmaq üçün faydalı əlavə vasitə ola bilər. Bununla belə, onlar qeyd edirlər ki, bu üsul peşəkar müalicəni əvəz etmir və əlavə araşdırmalara ehtiyac var.
Türkan İsgəndərli
tag: Musiqi,Narahatlıq,Mahnı,Tədqiqat,Todaypress.tv,
