Könüllü sığorta bazarı 15 %-dən çox böyüdü

Könüllü sığorta bazarı 15 %-dən çox böyüdü
01.11.2025 13:15 Maliyyə

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 881,844 milyon manat sığorta haqqı toplanılıb.

TodayPress TV Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,2 % çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 578,475 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 27,2 % çoxdur.

Beləliklə, 9 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 65,6 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 59,4 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 157,254 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 13 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 23,5 % çoxdur.

9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 59,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 54,1 manat olub.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər