İcbari sığorta bazarı 7 %-ə yaxın böyüdü

İcbari sığorta bazarı 7 %-ə yaxın böyüdü
01.11.2025 15:45 Maliyyə

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 275,410 milyon manat sığorta haqqı toplanılıb.

TodayPress TV Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,6 % çoxdur.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 105,421 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 6,5 % çoxdur.

Beləliklə, 9 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 38,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 38,3 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 157,254 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 13 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 23,5 % çoxdur.

9 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 59,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 54,1 manat olub.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər