Dövlət əmlakının özəlləşdirilməsindən büdcə daxilolmaları 15 %-ə yaxın azaldı

Dövlət əmlakının özəlləşdirilməsindən büdcə daxilolmaları 15 %-ə yaxın azaldı
15.08.2025 12:35 Maliyyə

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) xətti ilə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 86 milyon manat təşkil edib.

TodayPress TV bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 % azdır.

Hesabat dövründə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 26 hərrac (1 il əvvələ nisbətən 25,7 % az) keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin (20 % az) səhm paketi, 1 kiçik dövlət müəssisəsi (6 dəfə az), 500 nəqliyyat vasitəsi (7,5 % çox) satılıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər