Dövlət borcunun 2025-ci ilin sonuna gözlənilən məbləği açıqlandı

Dövlət borcunun 2025-ci ilin sonuna gözlənilən məbləği açıqlandı
19.08.2025 17:59 Maliyyə

Bu ilin I yarısında Azərbaycanda dövlət istiqrazları üzrə orta ödəniş müddətinin uzadılması, təkrar maliyyələşdirmənin hamarlaşdırılması, habelə dövlət istiqrazları üzrə faiz xərclərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ilin dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərində qənaətin formalaşması proqnozlaşdırılır.

TodayPress TV xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı, beynəlxalq fiskal diaqnostika alətlərinin tələblərinə uyğun olaraq hazırlanmış “2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilir.

2026-cı il 1 yanvar tarixinə xarici dövlət borcunun 4 milyard 874 milyon ABŞ dolları, daxili dövlət borcunun isə 20 milyard 121,3 milyon manat olmaqla ümumi dövlət borcunun 28 milyard 407,1 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.

Xarici dövlət borcunun 57,2 %-nin 5 ilə qədər, 35,4 %-nin 5-10 il ərzində, 7,4 %-nin isə10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,5-1,5 faiz dərəcəsi (marja) ilə cəlb olunması nəzərdə tutulur.

Daxili dövlət borcunun 55,7 %-ni daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazlarının təşkil etməsi proqnozlaşdırılır. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 14,9 %-i 1 illik, 57 %-i 2-3 illik, 30 %-i isə 5 il və daha artıq istiqrazların payına düşməsi proqnozlaşdırılır.

XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər