Azərbaycan AİİB ilə müzakirələr apardı

Azərbaycan AİİB ilə müzakirələr apardı
30.06.2025 17:20 Maliyyə

Azərbaycan və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) layihələrin hazırkı vəziyyətini müzakirə edib, əməkdaşlığın genişləndirilməsi perspektivlərini nəzərdən keçiriblər.

Bu barədə İqtisadiyyat Nazirliyindən TodayPress TV-yə verilən məlumata görə, bu barədə müzakirələr nazir müavini Səməd Bəşirlinin Pekində AİİB-in 10-cu İllik toplantısı çərçivəsində keçirdiyi görüşdə aparılıb.

Toplantıda AİİB-nin 10 il ərzində əldə etdiyi nailiyyətlər, həmçinin üzv ölkələrlə Bankın gələcək fəaliyyəti nəzərdən keçirilib.

İllik Toplantı çərçivəsində təşkil olunan “Müdirlərin dəyirmi masası”nda naziri müavini çıxış edərək, Bankla uğurlu əməkdaşlığı vurğulayıb. Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın nəqliyyat, enerji və rəqəmsal infrastruktur vasitəsilə regional bazarların əlaqələndirilməsindəki rolu qeyd olunub. Bankla nəqliyyat-tranzit və logistika layihələri, həmçinin Orta Dəhliz üzrə əməkdaşlıq potensialı diqqətə çatdırılıb.

Toplantı çərçivəsində Bankın baş investisiya direktoru Konstantin Limitovski ilə keçirilmiş görüşdə Bankın üzv ölkələrdə infrastrukturun inkişafına dəstəyi ilə bağlı görülən işlərin əhəmiyyəti qeyd edilib.

FOTOLAR

Azərbaycan AİİB ilə müzakirələr apardı — 1
Azərbaycan AİİB ilə müzakirələr apardı — 2
Azərbaycan AİİB ilə müzakirələr apardı — 3
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər