Dünya çempionatı: U-23 millimiz BƏƏ səddini uğurla keçdi!

Dünya çempionatı: U-23 millimiz BƏƏ səddini uğurla keçdi!
14.10.2026 12:55 İdman

Azərbaycanın 23 yaşadək minifutbol millisi Xorvatiyada keçirilən dünya çempionatında uğurlu çıxışını davam etdirir.

TodayPress TV xəbər verir ki, yığma komandamız qrup mərhələsində növbəti oyununu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) kollektivinə qarşı keçirib və rəqibini 4:2 hesabı ilə məğlub edərək vacib qələbəyə sahib olub.

Qeyd edək ki, millisimiz daha əvvəl keçirdiyi qarşılaşmalarda Rumıniya ilə heç-heçə edib (3:3), Çexiya seçməsini isə 4:2 hesabı ilə üstələyib. Komandamız növbəti matçını oktyabrın 15-də Slovakiya yığmasına qarşı keçirəcək.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər