AMB məlumatların idarə edilməsini təkmilləşdirməyi planlaşdırır

AMB məlumatların idarə edilməsini təkmilləşdirməyi planlaşdırır
20.08.2025 16:49 Maliyyə

Azərbaycan Mərkəzi Bankında (AMB) məlumatların idarə edilməsinin (Data Governance) qiymətləndirilməsi və təkmilləşdirilməsi nəzərdə tutulur.

TodayPress TV xəbər verir ki, qurum bununla bağlı məsləhət xidmətinin satın alınması üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar təkliflərini sentyabrın 11-nə qədər AMB-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanına təqdim edə bilərlər.

Təkliflərə sentyabrın 11-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər