Polis 31 cinayətin üstünü açdı
Noyabrın 10-da ölkə üzrə 26 yeni cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 5 hadisənin üstü polis tərəfindən açılıb.
TodayPress TV xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin məlumatına görə, axtarışda olan 29 nəfər, o cümlədən borclu kimi axtarılan 12 şəxs saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib.
Hesabatda 5 narkotik hüquqpozması və 3 qanunsuz silah-sursat faktının da aşkarlanaraq götürüldüyü bildirilir.
Bundan əlavə, cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.
Jalə Rövşən