İtkin düşən yeniyetmə qız həyətdə bıçaqlanmış vəziyyətdə tapıldı - TƏFƏRRÜATLAR
Şəmkir rayonunda bıçaq xəsarəti alan yeniyetmə qız xəstəxanada ölüb.
TodayPress TV APA-ya istinadən xəbər verir ki, rayonun Mahmudlu kənd sakini, 2014-cü il təvəllüdlü Ə.Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə və göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, yeniyetmənin valideynləri onun elə həmin gün itkin düşməsi ilə bağlı polisə müraciət ediblər. Lakin qısa müddət sonra qız öz həyətyanı sahəsindən yaralanmış vəziyyətdə tapılıb.
Hazırda hadisənin baş vermə səbəbləri və təfərrüatı polis əməkdaşları tərəfindən araşdırılır.