Bakıda kişi tanışını bıçaqladı

Bakıda kişi tanışını bıçaqladı
03.10.2025 09:09 Kriminal

Bakıda 55 yaşlı kişi tanışını bıçaqlayıb.

TodayPress TV xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.

Belə ki, 1970-ci il təvəllüdlü Ağa Cəfərov Biləcəri qəsəbəsində yerləşən kafenin qarşısında 1973-cü il təvəllüdlü Nüsrət Həsənovu bıçaqlayıb.

Binəqədi RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətmiş Ağa Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər