Qarğıdalı idxalı 26 %-ə yaxın azaldı

Qarğıdalı idxalı 26 %-ə yaxın azaldı
21.05.2025 15:03 İqtisadiyyat

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 36 min 644 ton qarğıdalı idxal edib. 

TodayPress TV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri 13 milyon 567 min ABŞ dolları təşkil edib. 

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 12 min 760 ton (25,8 %), dəyər baxımından isə 2 milyon 123 min ABŞ dolları (13,5 %) azdır. 

Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,2 %-ni təşkil edib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər