“Azeri Light” nefti ucuzlaşdı
Dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti cüzi enib.
TodayPress TV xəbər verir ki, 1 barelin qiyməti 0,61 ABŞ dolları və ya 0,93% azalaraq 65,82 ABŞ dollarına düşüb. Öncəki qiymət 66,43 dollar idi.
Qeyd olunur ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində “Azeri Light” neftinin orta qiyməti 1 barel üçün 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.