AAYDA sığorta xərclərini 21 %-ə yaxın azaltdı

AAYDA sığorta xərclərini 21 %-ə yaxın azaltdı
27.06.2025 19:15 İqtisadiyyat

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 2024-cü ildə sığorta xərcləri 464 min manat təşkil edib.

TodayPress TV qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 20,8 % azdır.

Agentliyin sığorta xərcləri onun ümumi xərclərinin 0,01 %-i qədərdir.

Xatırladaq ki, AAYDA Prezident İlham Əliyevin 18 oktyabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 716,534 milyon manatdır.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər